Venesuelada 5,2 bal gücündə zəlzələ baş verib

 

Venesuelanın Portuqesa ştatında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Venesuela Seysmoloji Tədqiqatlar Fondunun "Twitter" səhifəsində bildirilib.

Qeyd olunub ki, zəlzələnin ocağı 5 km dərinlikdə, episentri isə Biskukuya yaşayış məntəqəsindən 11 km şimal-şərqdə olub.

2018-ci ilin avqustunda Venesuelada 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 31,6 km dərinlikdə yerləşib və episentri ölkənin Sukre ştatında Yaquaraparo şəhərindən 5 km məsafədə yerləşib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}