Xorasan-Rəzəvi əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

İranın şərqindəki Xorasan-Rəzəvi əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
Şəffaflıq.az xəbər verir ki, təkanlar yerli vaxtla 04:29-da (Bakı vaxtı ilə 08:29-da) qeydə alınıb.
Zəlzələnin ocağı 8 kilometr dərinliyə təsadüf edib.
Türkiyənin TRT kanalının məlumatına görə, zəlzələnin episentri Əfqanıstanla sərhəddə 10 min əhalisi olan Sengan şəhəridir.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}