Əsas Səhifə > Hadisə / Dünya > Xorasan-Rəzəvi əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
Xorasan-Rəzəvi əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.2-01-2020, 10:47 |
İranın şərqindəki Xorasan-Rəzəvi əyalətində 5,8 bal gücündə zəlzələ baş verib. Şəffaflıq.az xəbər verir ki, təkanlar yerli vaxtla 04:29-da (Bakı vaxtı ilə 08:29-da) qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinliyə təsadüf edib. Türkiyənin TRT kanalının məlumatına görə, zəlzələnin episentri Əfqanıstanla sərhəddə 10 min əhalisi olan Sengan şəhəridir. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Geri qayıt |