Azərbaycanda 6 bal gücündə zəlzələ olub - YENİLƏNİB

 Azərbaycanda baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayılıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Şəffaflıq.aza verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Yeraltı təkanların episentri 8 kilometr dərinlikdə yerləşirdi.
23.54
Axşam saatlarında ölkə ərazisində zəlzələ olub.
Şəffaflıq.az xəbər verir ki, yeraltı təkanlar 6-7 bal təşkil edib.
Yeraltı təkanlar bölgələr və paytaxtda hiss olunub.
Şəffaflıq.az xəbər verir ki, zəlzələ nəticəsində rayonun Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib.
Yeraltı təkanlar iki dəfə qeydə alınıb. İkinci təkan 10 saniyə davam edib.  
İnsanların evlərindən küçələrə çıxdığı bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}