Rəsmi Minsk Litvaya nota verdi
Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz verib.
“Belarus tərəfi bu faktı planlaşdırılmış bir təxribat kimi qiymətləndirir və hadisənin Vilnüs tərəfindən düzgün araşdırılacağını, gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyini gözləyir”, - A.Qlaz vurğulayıb.
Xatırladaq ki, ötən gün Litvadan Belarus ərazisinə 8 hava şarı buraxılıb. Belarus Müdafiə Nazirliyinin bugünkü açıqlamasında həmin şarların helikopter vasitəsilə zərərsizləşdirildiyi bildirilib. Elə həmin gün Litva XİN hava sərhədinin pozulması ilə əlaqədar rəsmi Minskə nota verib.
Xəbəri paylaş
Facebook-da paylaş