İsveç Belarusun adını DƏYİŞDİ
İsveç Xarici İşlər Nazirliyi rəsmi şəkildə Belarusun adını dəyişdirməklə bağlı qərar verib. Ölkə bundan sonra “Ağ Rusiya” yox, Belarus adlandırılacaq.
Bu məlumatı öz Tvitter səhifəsində İsveçin Xarici İşlər naziri Ann Linde paylaşıb.
“Biz bunu edirik ki, Belarus xalqının, vətəndaş cəmiyyətinin və diasporunun milli identikliyi və ölkənin suverenliyini qeyd etmək arzusunu təsdiqləyək”, – deyə o bildirib.
Belarusun İsveçdəki səfiri Dmitri Mironçik artıq İsveç Xarici İşlər Nazirliyinin atdığı addıma görə rəsmi Stokholma təşəkkür edib.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş