Əsas Səhifə > Dünya > Rəsmi Minsk Litvaya nota verdi
Rəsmi Minsk Litvaya nota verdi24-08-2020, 22:16 |
Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz verib. “Belarus tərəfi bu faktı planlaşdırılmış bir təxribat kimi qiymətləndirir və hadisənin Vilnüs tərəfindən düzgün araşdırılacağını, gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyini gözləyir”, - A.Qlaz vurğulayıb. Xatırladaq ki, ötən gün Litvadan Belarus ərazisinə 8 hava şarı buraxılıb. Belarus Müdafiə Nazirliyinin bugünkü açıqlamasında həmin şarların helikopter vasitəsilə zərərsizləşdirildiyi bildirilib. Elə həmin gün Litva XİN hava sərhədinin pozulması ilə əlaqədar rəsmi Minskə nota verib. Geri qayıt |