Parisdə açıq havada maska taxmaq məcburi oldu
Fransanın paytaxtı Paris şəhər rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar insanların çox olduğu açıq ərazilərdə maska taxmağı zəruri edib.
Şəffaflıq.az-ın məlumatına görə, bununla əlaqədar şəhər bələdiyyəsi müvafiq qərar qəbul edib.
Qərara əsasən, şəhərin mərkəzi hissələrində, turistlərin daha çox olduğu yerlərdə, sahilyanı bulvarda və açıq bazarlarda maska taxmaq məcburi olacaq. Qərar 11 yaşdan yuxarı bütün şəxslərə aid edilir.
Ümumilikdə, Parisin 100-ə yaxın küçəsində maska ilə gəzmək tələb olunacaq.
Bir müddət Parisdə qapalı məkanlarda maska taxmaq zərurəti tətbiq edilmşdi.
Xəbəri paylaş
Facebook-da paylaş