Səhiyyə Təşkilatı: KORONAVİRUS - CANLI STATİSTİKA "Maska virusdan qorumur, sağlam insanlar taxmamalıdır"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç tibbi maskaların virusdan müdafiə etdiyinin zəmanətli olmadığıvı deyib və bildirib ki, sağlam insanların maska taxmasına ehtiyac yoxdur.
Şəffaflıq.az xəbər verir ki, o maskalarla bağlı suala belə cavab verib:
"Maskalarla bağlı mövqeyimiz dəyişməyib. Koronavirus əlamətləri olanların digər insanlara keçməməsi üçün maska taxmalıdır. Həmçinin xəstələrə baxanlar taxmalıdır".
O, həmçinin qeyd edib ki, təkcə maska taxmaq virusdan qorumur. Bununla paralel olaraq digər təhlükəsizlik tədbirlərinə əməl edilməli, əllər yuyulmalı və üzə toxunulmamalıdır.
Mənbə: RİA Novosti

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}