Daha bir ölkədə maska rejimi təkrar tətbiq olunub
Şəffaflıq.az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Kiril Ananiyev deyib. Onun sözlərinə görə, son iki həftə ərzində Bolqarıstanda yoluxma sayı yenidən artıb. Belə ki, iyunun 7-dən 22-dək koronavirusa yoluxanların sayı 626 nəfər artıb. Yeni qərara əsasən, teatr, kinoteatr və digər qapalı məkanlarda maska taxmaq məcburi olacaq. Qeyd edək ki, iyunun əvvəlində ölkədəki xüsusi epidemioloji vəziyyət yumşaldılsa da, rejim daha sonra bu ayın sonuna kimi uzadıldı.
Bolqarıstan hökuməti qapalı ictimai məkanlarda qoruyucu maska taxmaq rejimini təkrar tətbiq edib.
Xəbəri paylaş
Facebook-da paylaş