Hindistanda 50-dən çox taksi sürücüsünü öldürən manyak həkim yaxalandı
Hindistanda 50-ən çox taksi sürücüsünü öldürdüyünü etiraf edən manyak yaxalanıb.
Şəffaflıq.az xarici agentliklərə istnadən xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.
Devender Şarma adlı bu adam hələ 2002-2004-cü illərdə 7 taksçini öldümək cinayətindən Caypur şəhərində ömürlük həbs cəzasına məhkum edilibmiş. 16 il sonra şərti olaraq azadlığa buraxılan 62 yaşlı Şarma yoxa çıxıb.
Polis onu yalnız 6 ay sonra paytaxt Dehli şəhərində yaxalaya bilib. Bu müddət ərzində Devendir Şarma hətta evlənməyə də macal tapıb.
Sorğu-sual zamanı Şarma başqa günahlarını da etiraf edib.
Məlum olub ki, “taksiçilərin qənimi” vaxtilə həkim olub və ənənəvi tibb sahəsi üzrə dərəcə aldıqdan sonra 1984-cü ildən Racastan ştatındakı klinikalardan birində çalışıb.
Üzləşdiyi fırıldaq nəticəsində bütün pullarını itirən D.Şarma daha sonra saxta yanacaq biznesinə girişib. Keçmiş həkim orqan mafiyasına qoşularaq insan böyrəklərini qeyri-qanuni ticarət biznesini həyata keçirib.
Manyak doktor insan öldürmək həvəsinə bu ərəfələrdə düşüb. O, əlbir olduğu bir neçə adamla birlikdə taksi sürücülərini qətlə yetirərək, daha sonra onları timsahlarla dolu su hövzəsinə atdığını, avtomobilləri isə əl altından satdığını boynuna alıb.
Devender Şarma bu yolla 50-dən çox insanı öldürdüyünü söyləyib.
Mətbuat onun növbəti cinayət başında polis tərəfindən tutulduğunu qeyd edir.
Facebook-da paylaş