Britaniyada son sutkada koronavirusdan 117 nəfər ölüb
Şimali İrlandiya istisna olmaqla, Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 117 nəfər artaraq 34636-ya çatıb.
Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Krallığın Biznes, enerji və sənaye strategiyası naziri Alok Şarma bildirib.
Nazir qeyd edib ki, virusa yoluxanların sayı son sutkada 3142 nəfər artaraq 243303-ə yüksəlib.
O, əlavə edib ki, texniki problemlərə görə Şimali İrlandiya ötən gün ərzində statistik məlumatları vaxtında verə bilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş