Britaniyada son sutkada koronavirusdan 384 nəfər ölüb

 

Bu gün səhər saatlarına olan məlumata görə Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 384 nəfər artaraq 33 998-ə, yoluxanların sayı isə 3560 nəfər artaraq 236 711-ə çatıb.

Şəffaflıq.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Səhiyyə naziri Mett Henkuk cümə günü keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, bir gün əvvəl Britaniyada ölənlərin sayı 428 nəfər, yoluxanların sayı isə 3446 olmuşdu.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}