ABŞ-da prezidentliyə keçmiş namizəd koronavirusdan öldü
ABŞ-da prezidentliyə keçmiş namizəd Herman Keyn koronavirusdan vəfat edib.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə siyasətçinin saytındakı açıqlamada bildirilir.
“Herman Keyn – bizim boss, dost, bir çoxumuza, demək olar, ata olmuş insan dünyasını dəyişdi”, - Keynin nümayəndəsi Den Kalabriz saytda yazıb.
Keyn iyulun 1-də hospitalizə edilmişdi. Kalabriz siyasətçinin koronavirusa yoluxduğunu təsdiqləyib.
Qeyd edək ki, Keynin 74 yaşı var idi. O, Federal ehtiyat sisteminin bölmələrində rəhbər və “fast food” şirkətlərinin top-meneceri vəzifələrində çalışıb. 2011 - ci ildə o, respublikaçılardan prezidentliyə namizədliyini irəli sürüb və bir müddət sorğularda liderlik edib, lakin daha sonra cinsi təcavüzdə ittiham edilib və prezidentlik uğrunda mübarizədən çəkilib.
Facebook-da paylaş