Əsas Səhifə > Dünya > ABŞ-da prezidentliyə keçmiş namizəd koronavirusdan öldü
ABŞ-da prezidentliyə keçmiş namizəd koronavirusdan öldü1-08-2020, 07:51 |
ABŞ-da prezidentliyə keçmiş namizəd Herman Keyn koronavirusdan vəfat edib. Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə siyasətçinin saytındakı açıqlamada bildirilir. “Herman Keyn – bizim boss, dost, bir çoxumuza, demək olar, ata olmuş insan dünyasını dəyişdi”, - Keynin nümayəndəsi Den Kalabriz saytda yazıb. Keyn iyulun 1-də hospitalizə edilmişdi. Kalabriz siyasətçinin koronavirusa yoluxduğunu təsdiqləyib. Qeyd edək ki, Keynin 74 yaşı var idi. O, Federal ehtiyat sisteminin bölmələrində rəhbər və “fast food” şirkətlərinin top-meneceri vəzifələrində çalışıb. 2011 - ci ildə o, respublikaçılardan prezidentliyə namizədliyini irəli sürüb və bir müddət sorğularda liderlik edib, lakin daha sonra cinsi təcavüzdə ittiham edilib və prezidentlik uğrunda mübarizədən çəkilib. Geri qayıt |