Rus pulu zəifləyir
Rusiya rublu bazarda ciddi dəyər itirməyə başlayıb. Bir tərəfdən neftin qiymətinin yüksək olmaması, digər yandan isə ölkə iqtisadiyyatındakı problemlər qonşu ölkənin milli valyutasının məzənnəsinə təsirsiz ötüşmür.
Şəffaflıq.az xəbər verir ki, rus pulu xüsusilə son günlər zəifləməyə başlayıb. İyulun 30-da gün ərzində dolların rubla münasibəti 73 həddindən yüksək olub. Bu dəqiqələrdə ABŞ valyutası bazarda 73.6 rubldan baha təklif olunur. Avro isə 86 həddini keçib.
Ümumiyyətlə, Avropa valyutası son vaxtlar çox dəyər qazanıb. Hətta Azərbaycanda da avronun məzənnəsinin artması müşahidə edilir. Bu tendensiya Rusiya bazarından da yan ötməyib. Avronun dəyəri 5 rubla qədər artıb. Məsələn, dollarda artım bundan iki dəfə az olub.
Rusiyada mütəxəssislər milli valyutanın zəifləməsində bir amili də xüsusi qabardırlar. Onların fikrincə, “Sberbank” səhmlər paketinin satışından əldə olunan valyutanın hamısının satışa çıxarılmaması rubla təsir göstərib. Rusiya Mərkəzi Bankının bu addımı ciddi tənqid olunur.
Facebook-da paylaş