Rusiya və Türkiyə dollara qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR - Bundan sonra...
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Ria Novosti” informasiya yayıb.
Xəbərə görə, Rusiya Maliyyə Nazirliyi və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi arasında imzalanan razılaşma banklararası əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, habelə iki ölkənin biznes subyektləri arasında fasiləsiz ödənişlərin təmin edilməsi" məqsədi daşıyır.
Rusiya tərəfindən sazişi Baş nazirin birinci müavini - maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Berat Albayrak imzalayıb.
Burada əsas məqsəd inkişaf və Rusiya ilə Türkiyə arasındakı ticarətdə rubl və lirənin istifadəsinə tədricən keçid, müvafiq maliyyə bazarı infrastrukturunun yaradılması, şirkətlər üçün milli valyutanın cəlbediciliyinin artırılmasıdır.
"Sazişin imzalanması Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı və bərabər ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsi və inkişafı üçün vacib bir addımdır"-, xəbərdə deyilir.
Qeyd edək ki, bir çox ölkələr dolların iqtisadiyyatda hegamonluğundan yaxa qurtarmaq üçün milli valyutalarla beynəlxalq iş aparmaq üçün hərəkətə keçib. Bunlar arasında Rusiya, Türkiyə və Çin kimi nəhəng iqtisadiyyatlı ölklələr diqqət cəlb edir.Publika.az
Facebook-da paylaş