Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək

 


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək.

TASS xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.

“Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək”, – Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}