Dünyada koronavirusa yoluxanların sayı 14 milyonu ötdü
Dünyada koronavirus qurbanlarının sayı 600 min nəfəri ötüb.
Bu barədə Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, koronavirusun qeydə alındığı 213 ölkədə və bölgədə COVID-19-a yoluxanların ümumi sayı 14 milyon nəfəri ötüb. Dünyada 14 037 021 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Pandemiya ərzində təhlükəli virusdan ölənlərin ümumi sayı 600 665 nəfərə çatıb. Virusa yoluxmuş 7 818 409 insan sağalıb.
Koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Bu ölkədə 3,7 milyondan çox insan koronavirusa yoluxub, 141,9 min nəfər ölüb.
Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 2,04 milyon insan COVID-19-a yoluxub, 77,9 mindən çox insan ölüb.
Virusun ən çox yayıldığı ölkələrin siyahısında sonrakı yerlərdə Hindistan, Rusiya, Peru və digər ölkələr qərarlaşıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Facebook-da paylaş