Bolqarıstanda prezidentin katibi və müşaviri həbs olundu


 

Bolqarıstanın xüsusi xidmət orqanları əməkdaşları ölkə prezidentinin hüquqi məsələlər və anti-korrupsiya üzrə katibi Plamen Uzunovu həbs edib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, məzuniyyətdə olan məmur 24 saat müddətinə saxlanılıb və yaxın zamanda mühafizə altında paytaxt Sofiyaya çatdırılacaq.

Daha əvvəl bu gün Bolqarıstanın prezident administrasiyasında kabinetlərdə, o cümlədən Uzunovun otağında axtarışların aparıldığı bildirilmişdi.

Dövlət Milli Təhlükəsizlik Agentliyi prezidentin katibinin məxfi məlumatlara girişdən məhrum edildiyini açıqlamışdı.

Respublikanın Baş prokuroru İvan Qeşev Uzunovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilindiyini söyləyib.

Bütün bunların ardından hərbi prokurorluq prezidentin müdafiə və təhlükəsizlik üzrə müşaviri İlya Miluşevin 24 saat müddətinə saxlanıldığını elan edib.

“Daxili İşlər Nazirliyinin göstərişi ilə Dövlət Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, respublika prezidentinin müşaviri 24 saat müddətinə saxlanılıb. O, əvvəlcə şahid qismində dindirilib. Amma ondan alınmış telefonun kompüter-texniki müayinəsindən sonra cihazda Dövlət Texniki Əməliyyatlar Agentliyi ilə bağlı məlumatların olduğu aşkar edilib. O kəşfiyyat idarəsindən qanunsuz yolla çıxarılmış və dövlət sirri olan dörd sənədi könüllü olaraq təhvil verin”, - prokurorluğun məlumatında bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}