Azərbaycanlı hərbçi Volqoqradda tutuldu - Ekstradisiya olunur

 Vəzifə səlahiyyətlərini aşmaqda və həmkarlarından pul tələb etməkdə şübhəli bilinən Azərbaycandan axtarılan hərbçi Volqoqradda saxlanılıb.
Şəffaflıq.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycanın hərbi müstəntiqləri ölkə ərazisində müddətli hərbi xidmət keçən 20 yaşlı şəxsə cinayət işi açıblar. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və həmkarlarından pul tələb etməkdə şübhəli bilinir, lakin çağırışçı istintaqdan qaçaraq Azərbaycanı tərk edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, şəxs cümə günü Volqoqradda tutulub.
"Gənc oğlan yaxınları ilə gizləndiyi Volqoqradın Dzerjinski rayonunda polis tərəfindən saxlanılıb", - nazirlikdən bildirilib.
Qeyd olunur ki, hərbi qulluqçu Azərbaycana ekstradisiya üçün prokurorluğa təhvil verilib. Şəxsin adı və soyadı açıqlanmayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}