İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 minə çatdı

 

İtaliyada bir gün ərzində koronavirusdan ölənlərin sayı 22 nəfər artıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə təhlükəli infeksiyadan ölüm hallarının ümumi sayı 34 738-ə çatıb.

Məlumata görə, bir gün ərzində COVID-19-a 174 yeni yoluxma aşkar edilib. Beləliklə, koronavirusa yoluxma hallarının ümumi sayı 240 310-a yüksəlib.

İtaliyanın baş naziri Cuzeppe Konte daha əvvəl bildirib ki, ölkə koronavirus pandemiyasının kritik həddini üstələyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}