Fövqəladə Hallar Naziri əməkdaşlarını Şamaxıya göndərdi - Foto

 Fevralın 8-də Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.
Şəffaflıq.az xəbər verir ki, nazir müavini və aidiyyəti qurum rəhbərləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olduqdan sonra yerli sakinlərlə söhbət aparıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi və aidiyyəti dövlət qurumları müvafiq işlər görür və bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirir.
Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin qüvvə və texnikası təbii fəlakət zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində fasiləsiz olaraq çalışırlar.(Artıq tkinti bərpa  işləri sürətlə davam etdirirlir)
 

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}