Meksikada koronavirus xəstələrinin sayı 200 mini ötdü
Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 6 104 artıb.
Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia bildirib.
O, qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 202 951 nəfərə çatıb.
"Bugünkü gün Meksikada 202 951 insanda COVID-19 xəstəliyi təsdiq edilib. Təəssüf ki, bu xəstəliyin ağırlaşdırıcı hallarından 25 060 insan ölüb", - o mətbuat konfransında deyib.
Hazırda hakimiyyət orqanları daha 62 475 pasiyentin koronavirusa yoluxma halını və 1 966 nəfərin bu virusdan ölümü ilə bağlı şübhəli halları araşdırır.
Son bir gir gündə Şimali Amerika ölkəsində koronavirusdan daha 736 nəfərin öldüyü təsdiq edilib.
Facebook-da paylaş