Əsas Səhifə > Dünya > Meksikada koronavirus xəstələrinin sayı 200 mini ötdü
Meksikada koronavirus xəstələrinin sayı 200 mini ötdü26-06-2020, 08:58 |
Meksikada son sutkada koronavirus infeksiyasına yoluxma halları 6 104 artıb. Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin rəhbəri Xose Luis Alomia bildirib. O, qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 202 951 nəfərə çatıb. "Bugünkü gün Meksikada 202 951 insanda COVID-19 xəstəliyi təsdiq edilib. Təəssüf ki, bu xəstəliyin ağırlaşdırıcı hallarından 25 060 insan ölüb", - o mətbuat konfransında deyib. Hazırda hakimiyyət orqanları daha 62 475 pasiyentin koronavirusa yoluxma halını və 1 966 nəfərin bu virusdan ölümü ilə bağlı şübhəli halları araşdırır. Son bir gir gündə Şimali Amerika ölkəsində koronavirusdan daha 736 nəfərin öldüyü təsdiq edilib. Geri qayıt |