Meksikada bir gündə COVID-19-a 4 200 yoluxma aşkarlandı
Meksikada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı 124 mini ötüb, onların arasında 14 649 ölüm hadisəsi var.
Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin direktoru Xose Luis Alomia bildirib.
"Son 24 saat ərzində artım 3,5% təşkil etdi. Son iki həftə boyunca hər gün aşkar edilən hallarının sayı praktik olaraq dəyişməz qalır - təxminən 4 min", - o mətbuat konfransında deyib.
Epidemiyanın başlanğıcından Meksikada virusa yoluxma hallarının ümumi sayı 124 301-ə çatıb. Son bir gündə 4 199 yeni yoluxma qeydə alınıb. Ölkədə 14 649 nəfər COVID-19-dan ölüb. Hazırda 18 904 insanın müalicəsi davam etdirilir.
Virusa yoluxma ilə bağlı ən böyük say Mexiko şəhərində (3 891) və Mexiko (2 274) ştatındadır.
Facebook-da paylaş