Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 52 mini keçib

 

Braziliyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına 39 mindən çox yoluxma halı qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan bir gün əvvəl 1 106 470 yoluxma, 51 271 ölüm faktının qeydə alındığı bildirilirdi.

Son bir gündə burada 39 436 virusa yoluxma halı qeydə alınıb. Bununla da virusa yoluxanların ümumi sayı 1 145 906-ya çatıb. Eyni müddət ərzində daha 1374 nəfər də virusun qurbanına çevrilib, ölənlərin ümumi sayı 52 645 nəfərdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}