İsraildə COVID-19 diaqnozundan ölənlərin sayı 252-yə çatıb
İsraildə son sutka ərzində COVID-19 infeksiyasına yoluxmuş daha dörd xəstə ölüb, bununla da ölənlərin ümumi sayı 252-yə çatıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, gün ərzində 19 yeni virusa yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı hazırda 16 477 nəfərdir.
Nazirlikdən verilən məlumata görə, hazırda ölkədə 4795 nəfər koronavirus xəstəsidir, onlardan 74 nəfərin vəziyyəti ağırdır, 65 nəfər süni tənəffüs aparatına qoşulub. Eyni zamanda 11 430 nəfər sağalıb.
Xəbəri paylaş
Facebook-da paylaş