ABŞ prezidenti D.Trampın mitinq qərargahının əməkdaşlarında COVID-19 aşkarlandı

 

ABŞ prezidenti Donald Trampın Oklahoma ştatının Talsa şəhərində iştirakı üçün mitinq yeri hazırlamış seçkiqabağı qərargahın altı əməkdaşının koronavirus testi müsbət olub.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərargahın xarici əlaqələr üzrə direktoru Tima Merta bildirib.

"Təhlükəsizlik protokollarına uyğun olaraq qərargahın əməkdaşları tədbirlərdən əvvəl COVID-19 yoxlamasından keçirlər. Qabaqcıl qrupun keçirilmiş yüzlərlə testindən altı üzvünün nəticələri müsbət oldu və onlar barədə dərhal karantin tədbiri görülüb", - o bildirib.

Tima Merta qeyd edib ki, onlarla yaxın əlaqədə olmuş heç bir əməkdaş mitinqdə olmayacaq və tədbirin başlanğıcından əvvəl temperatur ölçüləcək, əllər və maska üçün antiseptiklər veriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}