ABŞ-da koronavirus Ağ evə daxil olub, işçilər maska taxmağa başlayıb
ABŞ-da vitse-prezident Mayk Pensin işçilərindən birində koronavirus yoluxması aşkar edildikdən sonra xəstəliyin daha da yayılmaması məqsədilə Ağ Evin heyəti maska taxmağa başlayıb. Ağ Ev mayın 8-də Pence-in əməkdaşlarından birində koronavirus aşkar olunduğunu təsdiqləyib, lakin daha geniş təfərrüat verilməyib.
Bundan bir gün əvvəl prezident Donald Trampın şəxsi xidmətçilərindən birinin koronavirusa yoluxduğu xəbər verilmişdi. Bu, ölkə rəhbərliyinin sağlamlığından ciddi narahatlığa səbəb olub.Birləşmiş Ştatlarda indiyədək 1.3 milyon nəfər COVID-19 xəstəliyinə yoluxub, bunlardan 78 mindən çoxu vəfat edib.
Ağ Evdə prezident və vitse-prezidentin gündəlik qaydada test edilməsinə başlanıb. Bundan əvvəl onlar həftədə yalnız bir dəfə qan analizi verirdilər. Mayın 8-də Donald Tramp Fox News telekanalına müsahibəsində bəzi işçilərinin maska taxdıqlarını bildirmişdi.
Şəffaflıq.az
Facebook-da paylaş