Tramp koronavirusla bağlı statistikaya inanmır
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin koronavirusa yoluxma ilə bağlı statistikasına inanır, amma Çinin bununla bağlı məlumatlarını etibarlı hesab etmir.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ rəhbəri Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən deyib.
"Mən düşünürəm, ABŞ üzrə bu məlumatlar olduğu kimidir. Yəni təxminən 70 mindən çox.
Mən insanlarn az öldüyü Çin və başqa ölkələr üzrə məlumatlara inanmıram. Amma siz xəbərə baxırsınız və görürsünüz ki, nələr olur".
Qeyd edək ki, ABŞ-da federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına Birləşmiş Ştatlarda koronavirusa 1,2 milyondan çox yoluxma qeydə alınıb, 71,5 mindən çox insan ölüb.
Çin Xalq Respublikasında virusa 82,8 mindən çox yoluxma qeydə alınıb, 4,6 mindən çox insan ölüb.
Pandemiyanın başlanğıcından dünyada COVID-19-a 3,8 milyondan çox insan yoluxub, 263 mindən çox insan ölüb.
Facebook-da paylaş