Cənubi Koreyada koronavirusdan ilk ölüm
Şəffaflıq.az xəbər verir ki, Cənubi Koreyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.
Yonhap agentliyinin verdiyi xəbərə görə, Kyonsando əyalərindəki xəstəxanalardan birində sətəlcəmdən müalicə alan 63 yaşlı bir kişi koronavirusa yoluxma nəticəsində vəfat edib. Ölümündən sonra onda Kovid-19 virusunun aşkar edildiyi bildirilib.
Əhaliyə “evdən çıxmamaq” çağırışı
Cənubi Koreyada 104 nəfərin virusa yoluxduğu bildirilir. Xəstəliyin daha çox yayıldığı Dequ şəhərinin bələdiyyə başçısı virusun yayılmasının qarşısını almaq üçün şəhərdəki 2,5 milyon insana küçələrə çıxmamağı, qapalı məkanlarda maska taxmağı tövsiyə edib.
Xəbəri paylaş
Facebook-da paylaş