Cənubi Koreyada “spasibo” desəniz, sizi DÖYƏ BİLƏRLƏR
Rusca elə sözlər var ki, başqa dillərdə təhqir kimi səslənir. Məsələn, Cənubi Koreyada “spasibo” desəniz, sizi döyə bilərlər.
Rusca işlədilən 6 söz başqa dillərdə çox ağır ifadə kimi qəbul edilir. Xüsusilə ingilislərin ürəyincə olmayan sözlər var.
Smelıy (cəsur) – İngilislər bunu “smelly” sözünə bənzədirlər. Yəni “iy verən”. Bunu ingilislərin əksəri təhqir sayacaq.
Skromnıy (təvazökar, ciddi) – Bu da ingiliscə “scrowny” sözünə çox oxşayır. Məşhur “bir dəri, bir sümük” ifadəsindən söhbət gedir. İngilislərin belə adlandırılmaq heç xoşuna gəlmir.
Naqlıy (həyasız, sırtıq) – İngilislərə “ugly” (eybəcər) sözünü xatırladır.
Spasibo (çox sağ olun) – Cənubi Koreyada, yəqin elə Şimali Koreyada da sizi bu ifadəyə görə bağışlamazlar. Yaxşısı budur, “thanks” ilə keçinin. “Spasibo” ədəbsiz bir söyüşə bənzəyir.
Nastya və Qalina (rus qadın adları) – “Nasty” ingiliscə “iyrənc”, “qalina” isə italyanca “toyuq” deməkdir.
Sçyot (tələffüzü "şyot" - hesab) – Fransada bunu demək sizi çətin vəziyyətə salar. Sizə tualeti göstərəcəklər.
Şəffaflıq.az
Facebook-da paylaş