Qatlana bilən ağıllı telefonlar satışa çıxarıldı – 2 MİN DOLLAR CİVARINDA SATILIR
Şəffaflıq.az xəbər verir ki, texnologiya nəhəngi olan “Samsunq” (Samsung) şirkəti qatlana bilən ağıllı telefonları satışa çıxarıb. Beş aylıq ləngimədən sonra qatlana bilən telefonlar ilk dəfə Cənubi Koreyada satışa çıxarılıb.
Telefonların aprel ayından bəri kütləvi istehsal edilməsi gözlənilirdi. Yeni telefonlar kitab kimi açılırlar. Ana ekranda eyni anda üç proqram görünə bilir. Bir telefonun ekranı 200 min dəfə açılıb-bağlana bilər. Yəni beş il boyunca gündə 100 dəfə açılıb-bağlana bilər. Cənubi Koreyandan sonra 18 sentyabr tarixində Fransa, Almaniya və İngiltərədə bu növ telefonlar satışa çıxarılacaq.
5 G ilə də istifadə edilə bilən ağıllı telefonların satış qiyməti təqribən 2 min dollardır.
Səkkiz il üzərində iş gedən qatlana bilən ağıllı telefonların satışa çıxarılmasının aylarla ləngiməsinin səbəbi ekrandakı bəzi problemlər olmuşdu.
Facebook-da paylaş