Ukraynada koronavirusdan ölənlərin sayı 340-a çatdı

 

Ukraynada daha 507 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 13 691-ə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 13 nəfər artaraq 340-a yüksəlib.

İndiyədək Ukraynada 2 396 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}