Əsas Səhifə > Dünya > ABŞ prezidenti D.Trampın mitinq qərargahının əməkdaşlarında COVID-19 aşkarlandı
ABŞ prezidenti D.Trampın mitinq qərargahının əməkdaşlarında COVID-19 aşkarlandı21-06-2020, 09:32 |
ABŞ prezidenti Donald Trampın Oklahoma ştatının Talsa şəhərində iştirakı üçün mitinq yeri hazırlamış seçkiqabağı qərargahın altı əməkdaşının koronavirus testi müsbət olub. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərargahın xarici əlaqələr üzrə direktoru Tima Merta bildirib. "Təhlükəsizlik protokollarına uyğun olaraq qərargahın əməkdaşları tədbirlərdən əvvəl COVID-19 yoxlamasından keçirlər. Qabaqcıl qrupun keçirilmiş yüzlərlə testindən altı üzvünün nəticələri müsbət oldu və onlar barədə dərhal karantin tədbiri görülüb", - o bildirib. Tima Merta qeyd edib ki, onlarla yaxın əlaqədə olmuş heç bir əməkdaş mitinqdə olmayacaq və tədbirin başlanğıcından əvvəl temperatur ölçüləcək, əllər və maska üçün antiseptiklər veriləcək. Geri qayıt |