Dünyada koronavirusdan ölənlərin sayı 400 mini keçdi

 

Koronavirus pandemiyasına yoluxma və bu infeksiyadan ölüm halları dünyada artmaqda davam edir.

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, hazırkı saata görə dünyada 6 milyon 917 min 337 nəfər yoluxan, 400 min 24 nəfər isə bu virusdan dünyasını dəyişən var.

İndiyədək dünyada 3 milyon 385 min 235 nəfər koronavirusdan müalicə alaraq, sağalıb. Dünyada hazırda müalicəsini davam etdirən koronavirus xəstələrindən 53 min 597 nəfərin vəziyyəti ağırdır.

Dünya üzrə ən çox yoluxmanın olduğu beş ölkə ABŞ, Braziliya, Rusiya, İspaniya və İngiltərədir. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}