Avropa Parlamenti Belarusla vizanın sadələşdirilməsini təsdiq edib
Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ilə Belarus respublikasıarasında readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişləri təsdiq edib.
Bu barədə Şəffaflıq.az “TASS”a istinadən məlumat verir. Müvafiq sazişlər Brüsseldə AP-nin plenar sessiyasında qəbul edilib.
Sənədə əsasən vizaların verilməsi qarşılıqlı olaraq 60 avrodan 35 avroya düşəcək. Vətəndaşların qalma müddəti isə iki dəfə artırılacaq - ildə 180 gün. Sənəd qüvvəyə mindikdən sonra AB ölkələrinin belaruslara daha uzunmüddətli vizalar verəcəyi də gözlənilir.
Readmissiya sazişi isə özündə bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsini ehtiva edir.
Facebook-da paylaş