Əsas Səhifə > Dünya > Avropa Parlamenti Belarusla vizanın sadələşdirilməsini təsdiq edib

Avropa Parlamenti Belarusla vizanın sadələşdirilməsini təsdiq edib


14-05-2020, 06:45

 

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ilə Belarus respublikasıarasında readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişləri təsdiq edib.

Bu barədə Şəffaflıq.az “TASS”a istinadən məlumat verir. Müvafiq sazişlər Brüsseldə AP-nin plenar sessiyasında qəbul edilib.

Sənədə əsasən vizaların verilməsi qarşılıqlı olaraq 60 avrodan 35 avroya düşəcək. Vətəndaşların qalma müddəti isə iki dəfə artırılacaq - ildə 180 gün. Sənəd qüvvəyə mindikdən sonra AB ölkələrinin belaruslara daha uzunmüddətli vizalar verəcəyi də gözlənilir.

Readmissiya sazişi isə özündə bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsini ehtiva edir.

Geri qayıt