Çinin Uhan şəhərində 11 milyondan çox insan koronavirus testindən keçəcək

 

Koronavirus epidemiyasının ilk dəfə yayıldığı Uhanda operativ qərargah bütün əhalinin koronavirusa görə yoxlanılması üçün təlimat verib.

Şəffaflıq.az “Penpay” agentliyinə istinadən xəbər verir ki, buna səbəb şəhərdə yeni yoluxma faktlarının aşkarlanması olub. Bildirilib ki, Uhanda aprelin 4-dən sonra ilk dəfə mayın 9-da 1 yeni yoluxma faktı və 16 asimptomatik daşıyıcı aşkar olunub. Bunlardan 5-i isə daha sonra klinik təzahürlərin ortaya çıxması ilə təsdiqlənmiş yoluxma faktı kimi qeydə alınıb. Bütün halların yerli mənşəli olduğu bildirilib.

Bundan sonra, Uhanın Dunsihu bölgəsində epidemioloji vəziyyət aşağı səviyyədən orta səviyyəyə qaldırılıb. “Uhanda bütün şəhər əhalisinin virusa xas nuklein turşuların müəyyənləşdirilməsi testindən keçirilməsi tapşırılıb”, - deyə qərargahın xəbardarlığında bildirilib.

Bütün testlərin 10 gün ərzində yekunlaşdırılması tapşırılıb.

Qeyd edək ki, son statistikaya görə Uhanda 11,08 milyon əhali yaşayır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}