Qazaxıstanda nə baş verir? - Nazarbayevanın yerinə təyinat oldu

 

Qazaxıstan prezident administrasiyasının keçmiş sədr müavini Maulen Aşimbayev parlamentin spikeri seçilib. Bu vəzifədə o, keçmiş prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanı əvəzləyib. Baş verənlər ölkə rəhbərliyində mümkün hakimiyyət mübarizəsi haqda söz-söhbətə yol açıb.

Prezidentin sözçüsü Berik Uali mayın 4-də Facebook-da yazıb ki, parlamentin yuxarı palatası olan senatın üzvləri Prezident Qasım-Comərt Tokayevin təklifini dəstəkləyərək Aşimbayevi sədr postuna təsdiqləyiblər. Prezident istefa verərsə, vəzifəsini icra edə bilməzsə, hakimiyyətə spiker gəlir.

Bu səsvermədən cəmi bir neçə saat öncə Tokayev Aşimbayevi senata üzv təyin edib. Nazarbayeva isə iki gün qabaq qəfildən spiker postundan uzadlaşdırılıb.

56 yaşlı Nazarbayevanı bu postdan və parlamentdəki yerindən uzaqlaşdırmaq ölkədə siyasi dəyişiklik əlaməti ola bilər.

Nazarbayeva 2019-cu il martın 20-dən senatın sədridir. Atası isə martın 19-da, 30 il prezident postunda qalandan sonra vəzifədən getmişdi. O zaman prezident qızının spiker postuna təyin olunması belə bir spekulyasiyaya yol açdı ki, Tokayev aralıq lider kimi seçilib və sonucda hakimiyyətə Nazarbayeva yüksələcək.

79 yaşlı Nazarbayevin prezidentlikdən getməsinə baxmayaraq, o, ölkədəəsas qərarverən şəxs hesab olunur. O, hakim Nur-Otan Partiyasına rəhbərlik edir, ömürlük olaraq qüdrətli Təhlükəsizlik Şurasının sədri postundadır.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}