Bu ölkənin nəqliyyat naziri koronavirusa yoluxdu
Sudanın nəqliyyat nəziri Haşim ibn Aufa COVID-19 diaqnozu qoyulub.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda nazirin vəziyyəti sabitdir.
Məlumata görə, nazirdə virus ötən həftə aşkarlanıb.
Bildirilib ki, diaqnoza baxmayaraq, nazir işini uzaqdan davam etdirir.
Qeyd edək ki, Afrika ölkəsində 678 nəfər koronavirusa yoluxub. Onlardan 61 nəfər sağalsa da, 41 nəfər vəfat edib.
Xəbəri paylaş
Facebook-da paylaş