Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








