Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edəcək


Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Şəffaflıq.az komitəyə istinadən xəbər verir ki, qəbul oktyabrın 2-də saat 10:00-da Şirvan Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) baş tutacaq.

Qəbul zamanı Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}