Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
Türkiyənin Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026" hərbi təlimindən maraqlı görüntülər paylaşıb. Şəffaflıq.az xəbər verir ki, sözügedən görüntülər nazirliyin "X" sosial media hesabında paylaşılıb. "Hibrid təhdidlərlə mübarizə və birgə əməliyyat qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlimdə qəhrəman hərbçilərimiz mürəkkəb şəraitdə qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər. Üç ölkə, vahid iradə, güclü koordinasiya, tam isabət!", - məlumatda vurğulanıb. Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir. Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
Facebook-da paylaş








