İsmayıllıda avtoqəza olub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb


İsmayıllı rayonunda "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Şəffaflıq.az xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alana sağ çiyin oynağının çıxığı diaqnozu təyin edilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}