Beqlov: Ukrayna PUA-larla Peterburqdakı neft terminalına zərbə endirib
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Ukraynanın şəhərdəki neft terminalına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə qubernator öz teleqram kanalında yazıb. "Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Sankt-Peterburq və Leninqrad vilayətinə PUA-ların hücumunu dəf edib. Zərbə şəhərin Kirov rayonundakı neft terminalının ərazisinə endirilib. Xəsarət alan yoxdur", - o qeyd edib. A.Beqlov vurğulayıb ki, ümumilikdə HHM qüvvələri tərəfindən 72 PUA vurulub.
Xəbəri paylaş
Facebook-da paylaş








