Ağdamda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb


Ağdamda 6 nəfərin xəsarət almasıyla nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib.

Hadisə nəticəsində avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}