Əsas Səhifə > Hadisə > Ağdamda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

Ağdamda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb


Bu gün, 16:44


Ağdamda 6 nəfərin xəsarət almasıyla nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib.

Hadisə nəticəsində avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt