Şəkidə it dişləyən 5 nəfərə vaksin tətbiq olunub, evə buraxılıblar
Şəkidə it dişləyən 5 nəfərə (4 kişi, 1 qadın) zəruri tibbi xidmətlər göstərilib və quduzluq əleyhinə vaksin tətbiq edilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərə həkim nəzarətində peyvənd kursunu davam etdirmələri tövsiyə olunaraq ambulator müalicə üçün evə buraxılıblar. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








